(AZERBAYCAN)
ABSTRACT
This article is devoted to investigation of language and style of poetry creativity of people’s poet Bakhtiyar Vahabzada.
People´s Poet Bakhtiyar Vahabzada, a prominent representative of Azerbaijani literature and 20th-century poetic thought in general, is famous in the republic and far beyond its borders as a poet and philosopher, lyrical dramatist, talented scholar and writer and fearless public figure. He is well known for his honesty, decency and sincerity. His works - poetry, plays and articles - have been translated into many languages, including English, French, German, Persian, Turkish, Polish, Spanish, Hungarian and the languages of the former Soviet Union, and have earned popularity and respect.
He was recognized in Turkey with his article titled Yel kaya’dan ne aparar? (What does the wind steal from the stone?) which was published in Varlik and which was an answer to the critics of the poet Fuzuli. His articles and poems also appeared in the review Turk Literature for years. Besides poetry, Vahabzade also wrote long verses or stories in verse (poems)? Plays and made translations. Among his long verses, there is the Yollar-Oğullar (Roads-sons) which was dedicated to the Algerian Independence Movement, and the Mugam, which was dedicated to the composer Uzeyir Hacibeyli.
He wrote numerous lyrics, most of which were set to music and wrote plays such as Ikinci Ses (The second sound), Yağışdan sonra (After the rain), Artıq adam (Waste man) and Vicdan (Conscience). He translated the work titled Abidon Felini by Lord Byron into Azerbaijani. His poems have been translated into many languages in the Soviet Union as well as into many Turkic languages and into German, French and Persian.
Bakhtiyar Vahabzada was one of the leaders of the national liberation movement which started back in the 1960s. In the poem Gulustan, which he wrote in 1959, he spoke about the historical tragedy of Azerbaijan which had been divided into two. He joined the just fight for the freedom and independence of the Azerbaijani people who were groaning in the clutches of the Russian and Persian empires.
Because of this poem, he was expelled from the university in 1962 under the label ´Nationalist´ and was reinstated only two years later. Using symbols and various literary devices, he expressed the grief of a nation whose national existence was trampled on under the Soviet regime and who suffered all kinds of privations. In his longer poems and plays he spoke about his nation´s grief by transposing events to other historical periods or other countries. The poet published his works which directly denounced the Soviet dictatorship under the title Voices from the Trunk after the Soviet Union collapsed.
Bakhtiyar Vahabzada, who had made his name as a powerful artist of the word and an incisive writer, in more recent years became active as an elder statesman, speaking out on issues of concern to the nation, including the artificially created Karabakh problem.
Bakhtiyar Vahabzada´s house became a place of hope for the nation. Every day he received dozens of letters from various villages and districts of the republic and received numerous complainants in his home, listened to them and tried to solve their problems as well as he could. He gained everyone´s deep respect and love as a true defender of people´s interests, a true patriot and public figure for his speeches in parliament, at public and political meetings and in the media. The people´s interests became this citizen poet´s own interests. His writing honoured the nation´s wishes and dreams and tried to make them reality.
Dil, ana dili məsələləri Bəxtiyar Vahabzadənin bədii və publisistik yazılarının daimi, sabit mövzularındandır. O, həmin mövzuya müxtəlif cəhətlərdən yanaşır, onun mənasını və əhəmiyyətini özünə və başqalarına açmağa çalışır.
Bəxtiyar Vahabzadə belə hesab edir ki, «dil və nitq mədəniyyətindən danışmazdan əvvəl düşüncə və təfəkkür mədəniyyətindən danışmaq lazımdır» (B.Vahabzadə 1982, 23).
Şair bu mövzu üzərində işlərkən dil və təfəkkür, dilin işarəvilik və kommunikativlik funksiyaları kimi mücərrəd anlayışlara müraciət etmir. O, məsələyə bir sənətkar kimi yanaşır, ara-sıra müqayisələr aparır, analogiyalara əl atır.
Bəxtiyar Vahabzadə sözləri və cümlələri elə bir nəqliyyat vasitəsinə bənzədir ki, o, bir ağıldan o birisinə, bir ürəkdən o birisinə fikir yükü daşıyır. Nəqliyyat yükə xidmət etdiyi kimi, sözlər də fikrə xidmət edir: «Fikrə görə söz tapılır, sözə görə fikir yox»! Lakin fikir yükünü mənzilə tez, kəsə yolla çatdırmaq üçün münasib «nəqliyyat vasitələri» ən dəqiq sözlər, ibarələr, ifadələr tapılmalıdır» (B.Vahabzadə 1995, 28).
Şair «ana dili» ifadəsinin meydana çıxmasını bu cür izah edir: «Biz dilimizə «ana dili» deyirik. Çünki bizə doğma dilimizi ilk dəfə öyrədən də ananın özüdür» (B.Vahabzadə 1995, 27). O, nəsrlə dediyi kimi, nəzmlə də deyir:
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz,
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə
(B.Vahabzadə, 1965, 100).
Başqa bir yerdə şair «dili insanın anasından öyrəndiyi ən qiymətli sərvət, vətənə və millətə məhəbbətinin başlanğıcı kimi səciyyələndirir» (B.Vahabzadə 1991, 65).
Şair «Mənim anam» şeirində göstərir ki, o, dili öz savadsız anasından öyrənmişdir. Anası oğluna təkcə dil öyrətməyib, ancaq onun öyrətdikləri şeylər, mətləblər içərisində ən vacibi, ən lazımlısı budur.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Dil insanla təbiət arasında vacib təyinetmə vasitəsidir. O olmasa, dünya işlərindən baş çıxartmaq, dünya, təbiət, cəmiyyət, həyat, keçmiş və gələcək haqqında vaxtına çəkmiş, yerinə düşmüş sözlər danışmaq mümkün olmaz. Dilsiz insan lal kimi olur, bu hamı üçün belədir. Ancaq şair üçün bu həm belədir, həm də belə deyildir. Belədir, ona görə ki, o da başqaları kimi, ünsiyyətə möhtacdır, başqalarının sözünü, səsini eşitmək istəyir və başqalarının da onu eşitməsini istəyir. Belə deyil, ona görə ki, dil şairdən ötrü təkcə danışmaq üçün vasitə deyil, həm də bu dildə özünü ifadəetmə, sənətə vaqif olmaq və sənət nümunələri yaratmaq vasitəsidir. Şairin özünün dediyi kimi:
Mən bu dildə hiss eşitmişəm
Həm sevinci, həm də qəmi,
Bu dil ilə yaratmışam
Hər şeirimi, hər nəğməmi.
(B.Vahabzadə 1991, 72)
Şair ona dil və həyatda gərəkli olan bir çox şeylər öyrədən anasından minnətdarlıq hissi ilə danışır.
Savadsızdır mənim anam,
Ama mənə il öyrədib, ay öyrədib,
Ən əsası dil öyrədib.
Ana da müəllimdir; o, dilsiz körpəyə dil öyrədir. Ancaq dili, ağzı olan adamlara, adam balalarına dil öyrədənlər də vardır. Bunlar öz uşaqlarından çox özgə uşaqlarına dil öyrədən, dil vasitəsilə öyrədən müəllimlərdir. Şair «Əlifba kitabı» şeirində həmin şəxsləri nəzərdə tutaraq yazır:
Müəllim! Qayğınla böyüyür insan,
Sən əqlə, kamala qanad verirsən.
Ana dilimizin gur bulağından
Körpə balalara su içirirsən.
(B.Vahabzadə 1981, 23)
Müqayisə üçün deyək ki, həm «Ana dili», həm də «Əlifba kitabı» şeirlərində şair eyni bir obraza müraciət edir: «içirmək» (laylanı südlə qarışdırıb, ruha içirmək, ana dilinin gur bulağından körpə balalara su içirmək). Sonuncu halda «su» sözü məcazi mənada işlənmişdir.
«Ana dili» və «Oğluma» şeirlərində şair ana dilini xalqın bağrından qopan, eyni zamanda onun varlığını özündə əks etdirən bir mənəvi hadisə kimi qiymətləndirir. Burada, belə deyək ki, sözlərin leksik mənaları nəzərdə tutulur.
Bəxtiyar Vahabzadə «Tarix, dil, ənənə» məqaləsində ana dilinə xas olan səslərin - bu danışıq səslərinin - hikmətindən bəhs edir: «32 səs! Bunlar adi səslərdirmi? Yox, təbiətin, yerin, göyün, kainatın bütün sirri və hikməti bu otuz iki səsdə cəmlənmişdir. Bu otuz iki səs insanın kainata sığmayan arzularının, ideallarının, duyğu və fikirlərinin ifadə vasitələridir». (B.Vahabzadə 1991, 34).
Eyni fikir şeir şəklində də təqdim olunmuşdur:
Bu səslər…bu səslər… Adı səs deyil,
Bu səslər tarixdir, bu səslər vətən.
Bu səslər… bu səslər min-min il əvvəl
Yaranmış yurdumun təbiətindən.
Bu səslər quş səsi, bulaq nəğməsi,
Bu səslər yaranmış el nəfəsindən.
İgid babaların addım səsindən.
«A»dan «ana» yazdıq, «b»dənsə «baba»
(B.Vahabzadə,1981, 112)
Bəxtiyar Vahabzadə səslərdəki belə bir qüdrətə işarə edir ki, otuz iki səs on minlərlə sözün və söz formalarının materialı olmaqla, bütöv bir dilin təşkili və fəaliyyətini təmin edir. Bu sirri, bu hikməti isə bizə müəllim öyrədir. «İlk müəllimimiz bu səslərlə ana dilimizi, onun gözəlliyini, musiqisini və böyük imkanlarını bizə öyrədir» (B.Vahabzadə 1995, 28).
Bəxtiyar Vahabzadə təkcə dil, ana dili və onun taleyi məsələlərini öz əsərlərinin mövzusu etməklə kifayətlənməyib, dil barəsində düşüncələrin məhsulu olan bəzi dilçilik terminlərinin bədii təsvir vasitələri sırasına gətirilməsinə də cəhd etmişdir. O, bir şeirində «isim», «sifət», «fel» kimi nitq hissələrini qarşılaşdırır, onların bəzi təsəvvürləri təmsiletmə gücünü saf-çürük edir və, nəhayət, belə bir gözlənilməz nəticə çıxarır:
İsim, sifət döyüşlərdə çox zaman
karıxar…
Fellərsə döyüşlərdən həmişə
qalib çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən,
Sözü mən,
Fel olmaq istəyirəm
Düzü, mən…
(B.Vahabzadə 1962, 83).
Şair feli döyüşkənliyin, mübarizliyin, failliyin, fəaliyyətin rəmzi kimi mənalandırır. Demək olar ki, bütün bu keyfiyyətlər onun öz təbiətinə xas olan, özünü açıq-aşkar büruzə verən xüsusiyyətlərdir. Biz Azərbaycanın son dövr tarixində dönə-dönə buna şahid olmuşuq ki, başqalarının çiynini yaxud burnunu çəkməklə, mimika ilə öz münasibətini bildirdiyi məqamlarda Bəxtiyar Vahabzadə öz sözünü müsahibinin üzünə şax deməkdən çəkinməmişdir.
Bəxtiyar Vahabzadə söz sənətkarlarını xalqla daim təmasda olmağa, xalqın canlı danışıq dilindən öyrənməyə çağırır, ana dilinin dərin qatlarında yatan, hər kəsin görə bilmədiyi, duymadığı məna çalarlarını arayıb üzə çıxarmağa səsləyir. Şair xalqı öz dili ilə dindirməyi, danışdırmağı ən doğru yol hesab edir. Yazıçıların bədii dildə ortaya qoyduqları yeni deyim tərzi xalq dilində formalaşmış sözlər, söz formaları və şəkilçilərin təqdim etdiyi sonsuz imkanlara söykənir.
«Ana dili» şeirində şairin milləti millət edən bir çox xüsusiyyətlərin dildə öz əksini tapmasına diqqət yetirdiyini görürük:
Səndə mənim xalqımın
Qəhrəmanlıqla dolu
Tarixi varaqlanır.
Səndə neçə min illik
Mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu kiçik parçada şair ana dilinə və ümumiyyətlə, hər bir milli dilə xas olan xüsusiyyətləri sadalayır: «dildə xalqın tarixi öz əksini tapır, xalqın milli mədəniyyəti onun dilində özünü qoruyub-saxlayır». Ona görə də dilin daşıyıcısı üçün dil ad-san, şan-şöhrət və namus, vicdan kimi yaxın, əziz və müqəddəsdir. Həmin keyfiyyətlər barəsində müəllifin «Lirika» (1990) kitabının müqəddiməsində deyilir: «Ana dili bir çox şairlərin duyğularını dilə gətirmiş və çoxları ona şeirlər həsr etmişdir. Bir çox dilçilər də ana dili ilə milli tarix arasında sıx əlaqə və münasibətin olduğu barəsində yazmışlar. Öz ustadı Səməd Vurğun kimi, Bəxtiyar Vahabzadə də ana dilini «xalqın namusu» adlandırmışdır, bu duyğu çoxlarına yaddır. O yalnız ana dilinin hər kəlməsini göz bəbəyi kimi qoruyanlara tanış olan hissdir» (B.Vahabzadə,1999, 100).
Bəxtiyar Vahabzadə «Türkiyəm mənim» şeirində öz ana dilinin ona layiq olmayan vəziyyətindən sıxıntılar çəkərkən türk (osmanlı) dilinin müstəqil bir respublikanın dövlət dili kimi işlənməsindən qürur hissi keçirdiyini qeyd edir:
Dilim ayaqlarda toz olan zaman
Ali məclislərdən qovulan zaman
Rahatsız deyildim ana dilimdən
Sənə güvənirdim,
bilirdim ki, mən
Dilimdə danışan bir türk yurdu var,
Öz dilim yaşarsa, millətim yaşar!
(B.Vahabzadə, 1993, 38)
Bəxtiyar Vahabzadə həmin məsələyə «Müxbir suallarına cavablar» müsahibəsində də qayıtmışdır. O özünün «Latın dili» şeirini xatırladır və aşağıdakıları qeyd edir:
«Sovet dövründə mənim əsas mübarizəm ana dilimizin rəsmi dövlət idarələrindən uzaqlaşdırılmasına görə idi. Bu dövrdə milli dillər sıxışdırılır, assimilyasiyaya uğramaq vəziyyətinə salınırdı. Xalqın milli varlığı ilk növbədə onun dili ilə bağlıdır. Dili olmayan xalqın özü də yoxdur. Gündəlik ünsiyyətdə Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmış və mən həm məqalələrimdə, həm də şeirlərimdə bu dilin müdafiəsinə qalxmışam» (B.Vahabzadə, 1986, 158).
Bu sözlər müxbirin «Bəs «Latın dili» şeiriniz nəyə görə sensasiyaya səbəb oldu?» sualına cavabın bir hissəsidir. Şair həmin əsəri nə münasibətlə yazılması tarixçəsini belə izah edir:
«1967-ci ildə Kasablankaya getmişdik. Gördüm ki, burada vəziyyət bizdə olduğu kimidir: dövlət idarələrində ərəb dili işlənmir. Bu münasibətlə «Latın dili» şeirimi yazdım. Şeirdə deyilir ki, indi Yer üzündə latın xalqı yoxdur, amma bu dilin sözləri bütün elmlərdə termin kimi işlənir. Ona görə də bu dilə «ölü dil» demək olmaz. Lakin dünyada elə xalqlar da var ki, özləri yaşasalar da, dillərini öldürüblər. Belə ki, latın dili ölü dil deyil, rəsmi dairələrdə işlənməyən dillər ölüdür» (B.Vahabzadə, 1995, 158).
Bəxtiyar Vahabzadə bu münasibətlə Oqtay Sinanoğlunun Türkiyəyə qayıtdıqdan sonra ingilis dilli məktəblərlə tanış olaraq dediyi sözləri misal gətirir: «Bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini əcnəbiləşdirin!» (B.Vahabzadə, 1990, 2-3).
Başqa bir türk aliminin (Firuz Qədri Timurtaş) bu barədə fikri belədir: «Dil məsələsi bir milli müdafiə məsələsidir. Dilimizi qorumaq Vətəni və milləti qorumaqla birdir, çünki dil Vətən qədər, tarix qədər, əzizdir. Dil də bayraq kimi müqəddəsdir, bəlkə, hamısının ifadəsi olduğu üçün hamısından qabaqdır; dil olmayınca millət də olmaz» ( B.Vahabzadə 2000, 2).
Müxbirin müxtəlif təşkilatlarda dövlət dilinə etinasızlıq göstərilməsinin səbəbi ilə əlaqədar olaraq verdiyi suala Bəxtiyar Vahabzadə belə cavab verir:
“-Birinci səbəb bu təşkilatlara rəhbərlik edənlərin özlərinin ana dilini bilməməsidir. Onlar ana dillərində (loru dildə) bir təhər danışırlar. Ədəbi dili bilmədiklərindən yüksək kürsülərdə rus dilində danışmalı olurlar. Bəziləri isə yığıncaqlarda başqalarının hazırladıqları mətni üzdən oxuyurlar, özü də elə oxuyurlar ki, nə dediklərini özləri də başa düşmürlər.”
Bəxtiyar Vahabzadə belə bir biabırçı vəziyyətdən çıxış yolunu onda görür ki, adamları böyük vəzifələrə təyin edərkən onların başqa, professional keyfiyyətləri ilə yanaşı, dövlət dilini bilib-bilmədiklərinə də fikir vermək lazımdır.
Bizcə, bu tamamilə haqlı tələb və düzgün meyardır.
Müsahibə belə bir sual-cavabla başa çatır:
«Dilimizin adı nədir?
…Dilimizin adı azəri türkcəsi, millətimizin adı azəri türküdür» (B.Vahabzadə 1986, 167).
Xatırladaq ki, o dövrdə bu məsələ çox böyük müzakirə və mübahisələrə səbəb olurdu…
Bəxtiyar Vahabzadəni ən çox düşündürən məsələlərdən biri də «Ortaq türk dili» deyilən məsələdir: Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox dəbdə olan məsələlərdən biri idi. Həmin məsələ bir çox diskussiyaların, yazıların mövzusu olmuşdur (N.Cəfərov, 1960, 18).
«Ortaq türk dili» məsələsinin mahiyyəti ondan ibarətdir ki, hal-hazırda bütün türk respublikalarının əhalisinə xidmət edə biləcək, hamısı üçün anlaşılan bir dil yoxdur. Söhbət, əlbəttə, nə rus dilindən, nə də ingilis dilindən gedir. «Ortaq türk dili» ideyasının tərəfdarlarının fikrincə, bu məhz türk dili (real və ya qondarma) olmalıdır. Bəxtiyar Vahabzadənin bu məsələ barədə fikri belədir: «Türkiyə ilə Azərbaycan arasında, demək olar ki, dil problemi yoxdur. Ancaq, özbək, qazax, qırğızlarla aramızda dil nöqteyi-nəzərindən xeyli fərqlər var. Məgər bunları artıq bir müstəviyə gətirmək vaxtı deyilmi?! O, təəssüflə etiraf edir ki, bu dövlətlər arasında elmi və ədəbi əlaqələr çox zəifdir» (B.Vahabzadə 1988, 104).
Müsahibədə türk xalqları arasında ünsiyyəti yaxşılaşdırmaq üçün «qarşılıqlı lüğət» nəşr etmək məsələsi qoyulur.
Bəxtiyar Vahabzadənin fikrini məşğul edən başqa bir məsələ türk dilinə doğma münasibət, bu dillərdə çoxdan işlənib vətəndaşlıq hüququ qazanmış sözlərə (əsasən ərəb və fars dillərindən alınmalara) münasibət məsələsidir. Bildiyimiz kimi, bu purizm cərəyanı olub, dili alınma sözlərdən «təmizləmək» tələbi ilə bağlıdır.
Ədibə verilən sualların biri belə səslənir: «Türk dilində çoxdan vətəndaşlıq hüququ qazanmış, kök etibarilə ərəb və fars sözlərinin uydurma sözlərlə əvəz olunmasına necə baxırsınız?»
Şairin həmin suala cavabı qəti və riyakarlıqdan uzaqdır: «Bu sualınız mənim yaralı yerimə toxunur. Böyük şair Yəhya Kəmalın «ağzımda anamın ağ südü» adlandırdığı türk dilini siz (Türkiyə türkləri) bərbad hala salmısınız. Siz bir tərəfdən «ortaq dilə gedəlim» (gedək) deyirsiniz, o biri tərəfdən də, dilimizdəki «məktəb», «müəllim», «tələbə», «kitab», «təbiət», «həyat», «sağ ol» və s. bütün türk xalqlarının anladığı ortaq türk sözlərini dilimizdən çıxarıb, onları «okul», «öyrətmən», «yanıt», «doğa», «yaşman», «mersi» və s. uydurma sözlərlə əvəz etmisiniz. Nəticədə bülbül cəhcəhinə bənzəyən türk dilini qısırqalaşdırılıb başqa türk xalqları ilə əlaqənizi üzdünüz» (B.Vahabzadə 1991, 210-211).
Buradan belə bir nəticə çıxarmaq olar ki, türk dillərinin özlərinin tarixi inkişafları nəticəsində qazandığı milli kolorit, kiminsə kefinə uyğun olaraq dəyişdirmək lazım deyildir.
Qaldı «ortaq türk dili» məsələsinə, türk xalqlarının bir-birinin milli özünəməxsusluğu və dillərinə qarşılıqlı hörmət şəraitində formalaşa bilər və həmin xalqların bir-birinə inam və etibarla yanaşması prosesində ortaya çıxmalıdır. Belə bir canlı əlaqə, həyat və məişətdə əməkdaşlıq, doğmalaşma olmadığı halda bu, bir zorakılıq üsulunu başqası ilə əvəz etməkdən başqa bir şey deyildir.
Beləliklə, biz Bəxtiyar Vahabzadənin yaradıcılığını iki bucaq altında nəzərdən keçirdik: Bəxtiyar Vahabzadənin dil və bədii dil barəsində mülahizələri; Bəxtiyar Vahabzadənin yaradıcılığında dil mövzusu.
Həmin məsələlər, bir tərəfdən şairin yaşadığı və fəaliyyət göstərdiyi dövrün ölkələr, vətənpərvər vətəndaşlar qarşısında qoyduğu həlli müşkül olan problemlərlə bağlı olaraq meydana çıxmışdır. O biri tərəfdənsə bunlar Bəxtiyar Vahabzadənin özünün həyatda özünəməxsus mövqe tutması ilə, qayğı və narahatçılıqları ilə bağlıdır. O, həyatda özünün və mənsub olduğu ölkənin, xalqın başına gələn hadisələrə fəal münasibət göstərmiş, özünü görməməzliyə vurmamış, əngəllərdən, maneələrdən yan keçə bilməmişdir. Bütün bu amillər şairin müvafiq obrazının yaranmasına əsas vermiş və həmin obraz da öz növbəsində şairin özü üzərində səfərbəredici qüvvələrdən birinə çevrilmiş, konkret şəraitdə onun rəftar və hərəkət xəttini müəyyən etmişdir.
Cəfərov N. Bəxtiyar Vahabzadə. Bakı, Azərbaycan, 1996.
- Vahabzadə B. Özümlə söhbət. B., Azərnəşr, 1985
- Vahabzadə B. Bir ömür yuxu. B., Azərnəşr, 1998
- Vahabzadə B. Gəlin açıq danışaq (məqalələr toplusu), B., Azərnəşr, 1988; II nəşri 1989
- Vahabzadə B. Şənbə gecəsinə gedən yol. B., Azərnəşr, 1991
- Vahabzadə B. Zaman və mən. B., Azərnəşr, 1999.
- Vahabzadə B. Ədəbi tənqidin səviyyəsini qaldıraq - Azərbaycan , 1982, №2.
- Vahabzadə B. Poeziyamızda sənətkarlıq məsələsinə dair. «Ədəbiyyat və incəsənət», 17 oktyabr 1953.