FONETİKİN ORFOGRAFİK VE ORFOEPİK İLE BÜTÜNLEŞİK ÖĞRETİMİNİN TEORİK-METODOLOJİK TEMELLERİ ÜZERİNE

FONETİKİN ORFOGRAFİK VE ORFOEPİK İLE BÜTÜNLEŞİK ÖĞRETİMİNİN TEORİK-METODOLOJİK TEMELLERİ ÜZERİNE

ABOUT A METHODICAL PRACTICAL BASIS OF INTERRELATION SPELLING AND ОРФОEПИKAL WITH PHONETICS

Cafarova Nabat

ÖZ

       Fonetik öğretimi sürecinde öğrenciler ses ve harf kavramlarını anlarlar. Ses ve harf kavramlarının incelenmesi doğrudan yazım ve yazımla bütünleşmiştir. Sesbilimden öğrenilen ses ve harf arasındaki ilişki, ilk olarak orfografi ile orfoepi arasındaki ilişkiyi ve daha sonra özünde doğru yazım ve telaffuz arasındaki ilişkinin çalışılmasını sağlar.

       Fonetik üzerine teorik ve metodolojik bilginin  öğrencilere öğretilmesi, sesbilgisinin etkinliğini arttırır.

       Öğretmen Azerbaycan dilinde ses ile harf arasındaki farkı izah edirken 32 harf ve 34 ses (ve ya 44) olduğunu vurğulayır.  Eğer öğretmen bütün bu sesleri görsel olarak öğrencilere özümsemezse, sadece ses ve harfleri değil, diğer fonetiği de öğretemez.

       Eğer sesli harfler (a, u, e, e, e, i, ö, ü) türlerine göre (kalın-ince, açık-kapalı, dudaklanan, dudaklanmayan) öğrencilere öğretilmezse, çalışmalar vasıtasıyla alışkanlığa çevrilmese öğrenciler heceleri, vurgunu, uyumu, eklerin 2 veya 4  türünü vb. anlamayacaklar.

       Ayrıca,öğrencilerin ünsüzlerin yazılışına ve telaffuzuna ait  orfografik ve ortoepik yazım kurallarını  bilmeleri daha sonraki eğitim yıllarında başarılı olmalarına yardımcı olacaktır. Fonetiğin orfografi ve orfoepi ile bütünleşik eyitimi dersin etkisine katkıda bulunur.

       Bu bilgi alanları birbirinden izole edilmez, aksine birbirlerini tamamlar ve doğruluğunu sağlar.

Açar Sözlər: Fonetika, Orfoqrafiya Və Orfoepiya, Inteqrasiya, Nəzəri-Metodik Əsaslar 

 

 

ABSTRACT

Smallest unit of speech are sounds. The basic theme of phonetics is made by(with) sounds and letter. In this aspect the schoolboys gradually begin to understand and to perceive concepts of sounds and letters, and their interrelation with phonetics. Mutual relation between sounds and letters are inseparably connected to spelling and орфоeпиkal. The interrelation of phonetics with spelling and орфоeпиkal during training till now was not the special object of research. Now interrelation of phonetics with spelling and орфоeпиkal in initial classes plays the large role and is characterized by the following: "during training the interrelation between phonetics with spelling and орфоeпиkal increases a degree of preparation of the schoolboy and directs them on correct spelling and pronunciation. "creates conditions for more precise understanding of the letters both sounds and difference between them. And it further serves the reason for the further study of written and oral speeches and presence of distinctions between spelling and орфоeпиkal

During training the creation of association of a correct pronunciation and spelling is estimated as the important condition. From this point of view the training of phonetics plays the important role in training all rate of grammar.

In the school program the large place is given to interrelation between phonetics and spelling and has practical meaning of training.

Key Words: Phonetic, Communication(Connection) Between Spelling And Орфоeпиkal, Methodical-Practical Basis

 

Fonetikanın orfoqrafiya və orfoepiya ilə inteqrativ tədrisinin nəzəri-metodik əsasları haqqında

       İbtidai siniflərdə orfoqrafiyanın və orfoepiyanın fonetika ilə inteqrativ tədrisi tamamilə qanunauyğun bir proses sayılır və böyük təcrübi əhəmiyyət kəsb edir. Fonetikanın orfoqrafiya və orfoepiya ilə inteqrativ tədrisi prosesində fəal (interaktiv) təlim üsulların tətbiqi yüksək təlim effekti yaradır. Fəal (interaktiv) təlim üsulları çoxdur: əqli hücum, klaster (şaxələndirmə), anlayışın çıxarılması, auksion, akvarium, müzakirə, rollu oyun, söz assosiasiyası, diskussiya, debat, Venn diaqramı, BİBÖ, kublaşdırma, T-sxemlər, ideyalar xalısı, insert və s. tez-tez istifadə olunan üsullardır [6, 24]. Təlim prosesində məzmuna uyğun olaraq bu üsulların hər birindən səmərəli şəkildə istifadə etmək günün tələbidir. O cümlədən  fonetikanın orfoqrafiya və orfoepiya ilə inteqrativ tədrisi prosesində yeni təlim texnologiyalarından, fəal (interaktiv) təlim üsullarından istifadə yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır.

       Səslər və hərflər fonetikanın əsas mövzularından biridir. Məhz fonetikanın tədrisi ilə bağlı şagirdlər səs və hərf anlayışlarını anlamağa başlayırlar. Səs və hərf arasındakı münasibətlərin öyrənilməsi isə bilavasitə orfoqrafiya və orfoepiya ilə bağlıdır. Professor Y.Ş.Kərimov yazır: “Sözlərin səs və hərf tərkibi, sözlərdə səs və hərfin arasındakı fərqi anlamağa hazırlayır. Bu şagirdlərin  orfoqrafik-orfoepik vərdişlərə yiyələnməsinə səbəb olur” [7, 116].

      M.İ.Matuseviç fonetikanın dildəki nəzəri əhəmiyyətin­dən danışarkən yazır: “Fonetikanın nəzəri əhəmiyyəti aşkar şəkildə belə bir faktdan irəli gəlir ki, o (fonetika), dilin xarici forması olan səs cəhətini öyrənir ki, bu xarici formada da onun məzmunu ifadə olunur və dil öz əsas vəzifəsini həyata keçirir” [8, 71].

      Fonetikadan öyrənilən səs və hərf arasındakı münasibətlər əvvəlcə, orfoqrafiya ilə orfoepiya arasındakı, daha sonra isə mahiyyət etibarı ilə düzgün yazı və düzgün tələffüz arasındakı əlaqələri öyrənməyə gətirib çıxarır. Orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisi, hər şeydən əvvəl, aşağıdakılarla şərtlənir:

  • orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi şagirdlərin fonetik biliklərini artırır;
  • şagirdlərin səslə hərf, orfoqrafiya və orfoepiya arasındakı fərqi anlamalarına səbəb olur;
  • düzgün yazı qaydaları və şifahi nitq öyrənilir və yazı bacarıqları inkişaf edir;
  • yazılı nitq və şifahi nitq dolğunlaşır;
  • yazılı və şifahi nitqə şüurlu yanaşma təmin edilir;
  • yazılı və şifahi nitqdə neqativ halların qarşısı alınır;
  • yazılı və şifahi nitq normalarına əməl etmək vərdişi yaranır.

      Professor Ə.Əfəndizadə göstərir ki, orfoqrafiya və orfoepiya  haqqında elmi anlayışa şagirdlər ilk dəfə olaraq, əsasən, fonetika bəhsini öyrənərkən yiyələnirlər. Başqa sözlə, yazılı nitqlə şifahi nitq normaları arasında fərqli cəhətlərin olduğunu bu bəhsi keçərkən dərk edirlər. Demək, fonetika şagirdlərdə orfoqrafik və orfoepik vərdişlərin yaranmasında bir növ zəmin rolunu oynayır [5,158].          Prof. Ə.Əfəndizadə yazır ki, ədəbi tələffüz, başqa sözlə desək, orfoepiya və orfoqrafiyanın başlıca prinsiplərindən biri olan fonetik prinsipin əsasını təşkil edir. Demək, düzgün yazının əsasında duran amillərdən biri də düzgün tələffüzdür, lakin bununla belə, bir sıra hallarda bunun əksini də görürük. Yəni, sözün düzgün tələffüzünün əsasında onun düzgün yazılışı (orfoqrafiyası) durur. Məsələn, stəkan, qrammatika, plan, qalstuk və s. sözlərin düzgün tələffüzü onların düzgün yazılışına (orfoqrafiyasına) əsaslanır. Buradan aydın olur ki, fonetika dildaxili əlaqələr konsepsiyası çərçivəsində orfoqrafiya və orfoepiya ilə daha çox bağlıdır. Bu da fonetikanın orfoqrafiya (orfoepiya) ilə əlaqəli tədrisi tələbini ortaya çıxarır.

Qeyd etmək lazımdır ki, fonetikanın orfoqrafiya ilə əlaqəli təlimi elmi-metodik aspektdən dərindən tədqiq olunmamışdır. Fonetikanın tədrisində orfoqrafiya təlimi üzrə işin məzmununun, təşkili yollarının ətraflı şəkildə  öyrənilməsi zəruridir.

      Orfoqrafiya ilə əlaqəli çətinliklər vaxtında həll olunmazsa, bu, şagirdlərin yazılı nitqinə mənfi təsir göstərəcəkdir. Odur ki, ibtidai sinif müəllimləri fonetikanın tədrisi zamanı düzgün yazı qaydalarının öyrənilməsi işinə ciddi yanaşmalıdırlar. İbtidai siniflərdə şagirdlərin düzgün yazı qaydalarının mənimsəmə­sindəki çətinliklər, onları doğuran obyektiv və subyektiv səbəblər müəyyənləşdirilməli və aradan qaldırılması yolları metodik cəhətdən təmin edilməlidir.

     Fonetikanın tədrisi zamanı düzgün yazı və tələffüz arasında assosiasiya yaratmaq vacib şərt kimi dəyərləndirilir. Fonetikanın tədrisində orfoqrafiya və orfoepiya ilə bağlı olan nəzəri-praktik bilikləri şagirdlərə dərindən mənimsətmədən fonetikanın dərindən mənimsənildiyini söyləmək olmaz. İbtidai siniflərdə fonetikaya aid müəyyən nəzəri biliklərə yiyələnən şagirdlər səs və hərflər üzərində kifayət qədər iş aparır, düzgün tələffüz və yazı qaydalarına yiyələnirlər.

        İbtidai siniflərdə müəllimlər səs və hərflərin fərqini izah edərkən göstərməlidirlər ki, Azərbaycan dilində 32 hərf vardır, lakin səslərin sayı çoxdur. Dərslikdə 34 səs haqqında məlumat verilmişdir. Müəllim əgər bu səslərin hamısını şagirdlərə əyani şəkildə mənimsətməsə, nəinki səs və hərf, hətta fonetikaya aid digər bilikləri öyrədə bilməz. Əgər sait səslərin (a, ı, o, u, e, ə, i, ö, ü) yaranma vəziyyətinə görə növləri (qalın-incə, açıq-qapalı, dodaqlanan, dodaqlanmayan) nümunələr əsasında şagirdlərə öyrədilməsə, çalışmalar vasitəsilə vərdişə çevrilməsə, şagirdlər heca, vurğu, ahəng qanunu, şəkilçilərin 2 və ya 4 cür yazılmasını və s. başa düşməyəcəklər. Şagirdlərin sait və samitlərin yazılışına dair orfoqrafik qaydaları bilmələri sonrakı illərində onların daha uğurla təlimə qoşulmalarına kömək edir.

    Fonetik prinsipə görə söz necə deyilirsə elə də yazılır. İbtidai siniflərdə fonetikanın orfoqrafiya ilə əlaqəli tədrisi həmçinin orfoepiya ilə əlaqəni də tələb edir. Bu iki anlayış orfoqrafiya və orfoepiya heç də bir-birindən təcrid edilmir, biri digərini tamamlayır, düzgünlüyünü təmin edir. Çalışmalar üzrə işin təşkili zamanı bu işin qarşılıqlı təşkili səmərəli olur. Məsələn:

1.Sonu cingiltili samitlə bitən sözləri tapıb onların necə yazıldığını və tələffüz edildiyini izah edin.

Nümunə: qanad-qanat, çəkic-çəkiç,qonaq-qonağ, qarpız-qarpıs və s.

2.Verilmiş mətndən yazılışı ilə deyilişi arasında fərq olan sözləri tapıb yazın.

Nümunə: dostluq-doslu(x), dəftər-dəf(d)ər, usta-us(d)a, motor-m(a)tor və s.

3.Verilmiş suallara əsasən sözləri tapın, onların necə yazıldığını və tələffüz edildiyini yazılı şəkildə göstərin.

-Dağın aşağı hissəsinə nə deyilir?

-Şeir yazan adama nə deyilir?

-Qarpız əkilən yer necə adlanır?

-Sizə kim dərs deyir?

-Uçan nəqliyyat vasitələri hansılarıdır?

     Şagirdlər yamac, şair, bostan, müəllim, vertolyot, təyyarə sözlərini yazırlar.

4.Buraxılmış hərfləri əlavə edib köçürün.

A..tomobil, ağa.., bos..an, d..vlət, kərpi.., bayra.., dai..rə, sa..t, çəki.. və s.

Yaxud: “Belə yazılır. Bəs necə deyilir?” başlığına uyğun olaraq “Belə deyilir. Bəs necə yazılır?” başlığı ilə də tapşırıq vermək olar.

       İbtidai siniflərdə orfoqrafiyanın fonetika ilə əlaqəli tədrisinin əhəmiyyətini aşağıdakı kimi səciyyələndirmək olar:

  • Orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi həm fonetik mövzuların möhkəm mənimsənilməsinə səbəb olur, həm də şagirdlərin bir sıra orfoqrafik və orfoepik qaydalara yiyələnmələrinə imkan yaradır. Məsələn, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü üzərində iş apararkən şagirdlər sait və samit səslər haqqında daha geniş məlumat əldə edirlər və öyrənirlər ki sözün səs-hərf tərkibi həmişə bir-birinə uyğun gəlmir, yazıldığı kimi tələffüz olunmur.
  • Orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi fonetik bilikləri möhkəmləndirir. Məsələn, ahəng qanunun öyrənilməsi şəkilçilərin düzgün yazılışını və tələffüzünü şüurlu mənimsəməyə şərait yaradır.
  • Orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi zamanı yazılışı və oxunuşu fərqli olan sözlərin müəyyənləşdirilməsi şagirdləri hərfi oxudan, kitab tələffüzü kimi zərərli vərdişlərdən uzaqlaşdırır, ifadəli oxu vərdişlərini inkişaf etdirir. İbtidai sinif müəllimi çalışmalıdır ki, şagirdlər düzgün yazı və oxu qaydalarına əməl etsinlər.
  • Orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi yazı-oxu prosesində müəyyən çətinliklər törədən dialektizm, şivə xüsusiyyətlərini aradan qaldırmağa kömək edir. Məsələn, deyil sözü müxtəlif ləhcələrdə dəyil, dögül, döylü və s. kimi işlənir. Orfoqrafik qaydaların öyrənilməsi nəticəsində şagirdlər sözlərin düzgün yazılışını mənimsəyirlər. Həmçinin bəzi sözlərin tələffüzü məhz onun yazılışına görə müəyyənləşir. Məsələn, hiss, addım, kəllə, kull və s. Bu cür sözləri yazıldığı kimi tələffüz etmədikdə məna dəyişir (his, adım, kələ, kül və s.). Bəzi alınma sözlərdə iki samit yanaşı işləndiyi halda həm yazı, həm də tələffüzdə müəyyən çətinlik baş verir. Məsələn, stəkan-istəkan, şkaf-işkaf və s. belə sözlərin düzgün tələffüzü yazılışı əsasında müəyyən edilir.
  • Orfoqrafiya və orfoepiyanın fonetika ilə əlaqəli tədrisi digər dil bölmələrinin (leksika, söz yaradıcılığı, morfologiya, sintaksis) tədrisi üçün əlverişli şərait yaradır. Çünki dilin bu bölmələrinin hamısında sözlərin düzgün yazılışı və tələffüzü əsas şərt kimi özünü göstərir.

      İbtidai siniflərdə Azərbaycan dili təliminin əsas məqsədi şagirdlərə savadlı yazı və düzgün tələffüz vərdişləri aşılamaqdan ibarətdir.  Bunun əsası isə fonetikanın tədrisi ilə bağlıdır. İbtidai siniflərdə Azərbaycan dili fənninin tədrisində başlıca məqsəd şagirdlərə doğma dildə oxumağı, yazmağı öyrətmək onların yazılı və şifahi nitqini inkişaf etdirməkdir. Yazılı və şifahi nitqin əsasında isə orfoqrafik və orfoepik normalar durur. Yeni kurikulum əsasında hazırlanmış “Azərbaycan dili” dərsliklərində şagirdlərin orfoqrafik normaları gözləməklə savadlı yazıya yiyələnmələri və orfoepik normalara riayət etmələri diqqət mərkəzində saxlanılır.

Ədəbiyyat

  1. Abdullayev N. Orfoqrafiya və orfoepiya təlimi məsələləri. Bakı, 1985, 148 s.
  2. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 432 s.
  3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı: BDU, 2004, 185 s.
  4. Əfəndizadə Ə. Düzgün yazı təliminin elmi əsasları. Bakı: Maarif, 1975, 176 s.
  5. Əfəndizadə Ə.R. Azərbaycan dili orfoqrafiyası tədrisinin elmi əsasları. B.: Maarif, 1968, 132 s.
  6. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. B.: ADPU, 2019, 430 s.
  7. Kərimov Y. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. B.: Maarif, 1997, 476 s.
  8. Матусевич М.И. Введение в обшую фонетику. М.: Псвещения РСФСР, 1959, 136 с.
  9. Рождественский Н.С. Методика обучения орфографии в школе.  Москва: Изд-во АПН РСФСР, 1960, 124 с.